Soyuducudan 34 cəsəd tapıldı - TÜKÜRPƏDƏN HADİSƏ

15-08-2023, 10:48           
Soyuducudan 34 cəsəd tapıldı -
Meksikanın Verakruz əyalətinin Poza Rika şəhərində ordu və prokurorluq əməkdaşlarının birgə iştirakı ilə həyata keçirilən əməliyyatda Meksika polis qüvvələri 5 evdə axtarış zamanı soyuducularda gizlədilmiş 34 nəfərin cəsədini aşkar edib.

Teref.Az lent.az-a istinadən bildirir ki, səlahiyyətlilər cəsədlərin parçalanaraq torbalara qoyulduğunu və hadisə ilə bağlı 6 nəfərin həbs edildiyini bildiriblər.

Polisə atəş açan silahlı dəstənin tutulması məqsədi ilə əməliyyata başlanıldığı, daha sonra silahlı şəxslərin qaldığı evdə 14 cəsədin tapılmasından sonra əməliyyatın genişləndirildiyi bildirilib.

Prokurorluq onu da bildirib ki, əməliyyat zamanı cinayətkarlara məxsus avtomobil, müxtəlif silahlar və bəzi narkotik vasitələr də ələ keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru