Tanınmış blogerin qəza anının görüntüləri yayıldı - ANBAAN VİDEO
15-08-2023, 11:55
Sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloger Nicat Mütəllimovun qəzaya düşməsinin videogörüntüləri yayılıb.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.
Məlumatda qeyd olunub ki, bu gün 01 radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində 1993-cü il təvəllüdlü Nicat Hafiz oğlu Mütəllimovun idarə etdiyi “Porsche” markalı 10-GR-005 dövlət qeydiyyat nişanlı avtomobili qarşıdan gedən Ramiz Vəli oğlu Aivazovun idarə etdiyi “Scania” markalı yük avtomobilinə vurub.
Qəza nəticəsində Nicat Mütəllimovun sərnişini - Gəncə şəhər sakini 1996-cı il təvəllüdlü Ruslan Şahin oğlu Məmmədov hadisə yerində həyatını itirib, sürücü isə xəstəxanaya yerləşdirilib.