18 yaşlı hamilə qadın və valideynləri dəhşətli partlayışda öldü
15-08-2023, 14:25
Mahaçqalada baş verən dəhşətli yanğında ölənlər arasında 18 yaşlı hamilə qadın da var.
Bakupost.az "Mash" Teleqram kanalına istinadən xəbər verir ki, haamiləliyin səkkizinci ayında o, son iki ildə yaşadığı Moskvadan doğma şəhərinə - Mahaçqalaya gəlib. Qız doğuşdan əvvəl valideynlərinə baş çəkmək və əri Moskvada işlədiyi müddtədə dincəlmək istəyib.
Qadının valideynlərinin evi yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşir. Ötən gecə ailə gəzintiyə çıxıb və yanacaqdoldurma məntəqəsinin yanından keçən zaman partlayış olub. Qız və valideynləri yerindəcə keçiniblər.