36 saat okeanda qalan turistlər xilas edildi

16-08-2023, 10:04           
36 saat okeanda qalan turistlər xilas edildi
İndoneziyada gəminin qəzaya uğramasından sonra sağ qalan 4 sörfçü xilas edilib.

Bu barədə “The Sydney Morning Gerald” məlumat yayıb.

Səyyahların yoxa çıxması avqustun 13-də məlum olub.

Belə ki, Banyac arxipelaqına gedən yolda turistlər pis hava ilə qarşılaşıb. İki gəmidən yalnız biri sahilə çıxıb. Qalan sörfçülər isə bu gün tapılıb. Dörd nəfər açıq okeanda 36 saat drift edib.

Səlahiyyətlilər axtarış üçün yerli fövqəladə xidmətlər və özəl Avstraliya qayıqlarını səfərbər edib. Avstraliya Xarici İşlər Nazirliyinin nümayəndələri itənləri tez tapmaq üçün təyyarə icarəyə götürüblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru