30 ildən sonra tutuldu: Almaniyada keçmiş terrorçuya 13 il həbs - FOTO

Bu gün, 16:44           
30 ildən sonra tutuldu:
Almaniyanın Ferden şəhərində yerləşən əyalət məhkəməsi "Qırmızı Ordu Fraksiyası"nın (RAF) keçmiş üzvü Daniela Kletteyə 13 il həbs cəzası verib. Hökm onun 1999-2016-cı illərdə silahlı qarətlərdə iştirakına görə çıxarılıb.

Oxu.Az-ın "Kommersant"a istinadən verdiyi xəbərə görə, 67 yaşlı Daniela Klette RAF terror qruplaşmasının "üçüncü nəsli"nə aid edilir. Qruplaşma 1970-ci ildə yaradılıb, Klette isə ona 1980-ci illərin sonlarında qoşulub.


O həmçinin 1991-ci ildə Bonn şəhərində ABŞ səfirliyinə atəş açılması və 1993-cü ildə Vayterştadt həbsxanasının partladılması da daxil olmaqla üç terror aktında iştirakda ittiham olunur.

Bununla belə, Berlin Ekstremizmlə Mübarizə Layihəsinin rəhbəri Hans-Yakob Şindlerin sözlərinə görə, terrorizm ittihamları üzrə müddətin başa çatması səbəbindən Kletteyə həmin epizodlarla bağlı hökm çıxarılmayacaq.

Klette 1990-cı illərin əvvəllərindən gizlənirdi və yalnız 2024-cü ildə Berlində saxlanılıb. İstintaqın məlumatına görə, o, həbs olunana qədər əlaltıları ilə birlikdə supermarketlərə, banklara və inkassator maşınlarına qarşı bir neçə silahlı qarət həyata keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru