Rusiyada kişi yoldan keçənlərə atəş açıb: Yaralananlar var

Bu gün, 10:24           
Rusiyada kişi yoldan keçənlərə atəş açıb: Yaralananlar var
Rusiyanın Kareliya Respublikasının Petrozavodsk şəhərində bir kişi yaşayış binasının pəncərəsindən yoldan keçən şəxslərə atəş açıb. Hadisə nəticəsində iki nəfər yaralanıb.

Bu barədə yerli "Karelİnform" nəşri sosial şəbəkələrdə yayılan məlumatlara istinadən xəbər yayıb.

Bildirilir ki, insident Lososinsk şossesində baş verib.

Məlumata görə, 38 yaşlı kişi yaşayış binasının dördüncü mərtəbəsindən küçədə hərəkət edən insanlara atəş açıb. Nəticədə 34 yaşlı iki kişi xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır, insidentin təfərrüatı hələlik açıqlanmayıb.

Qeyd edək ki, iyunun 20-də Rusiyanın Krasnodar şəhərində 19 yaşlı gənc ticarət mərkəzinin ziyarətçilərinə hücum edib. O, binada yerləşən çoxfunksiyalı mərkəzin otağına daxil olaraq bir neçə nəfəri bıçaqlayıb, daha sonra isə uşaq əyləncə mərkəzinə kustar üsulla hazırlanmış petarda atıb. Saxlanılan şəxs istintaq zamanı hücumu sifariş əsasında törətmədiyini, "sadəcə yaşamaqdan bezdiyini" bildirib. Hücum edən şəxs hadisə şahidlərindən biri tərəfindən zərərsizləşdirilərək saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru