Ukrayna Moskvadakı kosmik rabitə mərkəzinə hücum edib

Bu gün, 00:10           
Ukrayna Moskvadakı kosmik rabitə mərkəzinə hücum edib
Ukrayna dronları Moskva vilayətindəki Dubna Kosmik Rabitə Mərkəzinə hücum edib.
Bizimesr.com bildirir ki, bu barədə TASS "Kosmik Rabitə" dövlət müəssisəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb .
Təşkilat hücumun kütləvi olduğunu bildirib.
"Televiziya yayımı və rabitə kəsilməyib. Nəticələrin aradan qaldırılması üçün tədbirlər görülür. Heç bir heyət xəsarət almayıb", - deyə açıqlamada bildirilir.
Bu arada Moskva meri Sergey Sobyanin paytaxta yaxınlaşan 84 dronun son 24 saat ərzində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru