Bakıda qız ona sataşan oğlanı küçənin ortasında əzişdirdi - VİDEO

15-04-2015, 12:54           

Xanım oğlana dərs keçib.

Bakıda qız ona sataşan oğlanın dərsini verib.

Oxu.Az-a verilən məlumata görə, “Memar Əcəmi” metrosunun yanında qız ona sataşan oğlanı döyüb.

Hadisə şahidlərinin məlumatına görə, gənc bir oğlan iki xanıma söz atıb, xanımlardan biri oğlanın bu hərəkətinə sərt cavab verib. Qızın cavabı oğlanın xoşuna gəlmədiyi üçün o qızların birinə nalayiq hərəkətlər etmək istəyib.

Lakin söz atan oğlanın niyyəti gerçəkləşməyib. Belə ki, xanımlardan biri peşəkar idmançı olub. İdmançı xanım ona qarşı nalayiq hərəkətlər etmək istəyən oğlanı elə küçənin ortasındaca əzişdirib.

Hadisəni kənardan izləyən insanlar da baş verənlərə təkcə tamaşa etməklə kifayətlənməyib. Onlar olayı lentə almaq qərarına gəliblər.

Oxu.Az həmin video-görüntüləri təqdim edir:
[media=https://www.youtube.com/watch?v=qHrVQ_fXXL0]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]