NASA-nın yeni direktoru Cim Braydenstayn olub

20-04-2018, 08:51           
NASA-nın yeni direktoru Cim Braydenstayn olub
ABŞ Senatı respublikaçı konqresmen Cim Braydenstaynın NASA direktoru vəzifəsinə namizədliyini təsdiqləyib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə NASA-nın mətbuat xidməti məlumat yayıb.

"Məmnunam ki, mənə belə bir imkan yaradılıb və ABŞ prezidenti Donald Trampa, vitse-prezident Mayk Pensə göstərdikləri etimada görə təşəkkür edirəm. Mən kosmik fəzada ABŞ-ın liderliyi ilə prezidentin planlarını həyata keçirmək üçün NASA-nın böyük komandası ilə işləməyi səbirsizliklə gözləyirəm", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ-ın "SpaceX" şirkəti kosmosa "Falcon 9" raket daşıyıcısını göndərib. "Falcon 9" planet üçün faydalı olan astronomik müşahidələr aparmaq üçün NASA-nın orbitini kosmosa çıxarmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru