Avropa kubokunda 4 medal qazandılar

30-09-2019, 08:07           
Avropa kubokunda 4 medal qazandılar
Lüksemburqda keçirilən cüdo üzrə Avropa açıq kuboku yarışı başa çatıb.

Publika.az xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycan cüdoçuları daha iki medal qazanıblar. Kişilər arasında 100 kiloqramdan çox çəki dərəcəsində mübarizə aparan İmran Yusifov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Komandamızın digər üzvü Aslan Mirzəyev (100 kiloqram) Avropa kubokunun bürünc medalına sahib olub. Beləliklə, milli komandamızın üzvləri Lüksemburq yarışında 4 medal (1 qızıl, 3 bürünc) qazanıblar.

Xatırladaq ki, turnirin ilk günü Aleksandra-Larisa Florian (57 kiloqram) və Rəşad Yelkiyev (60 kiloqram) 3-cü yeri tutublar. Lüksemburq turnirində 47 ölkədən 358 cüdoçu yarışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru