ABŞ Rusiyadan neft alan ölkələrə sanksiyalar tətbiq edə bilər

Bu gün, 15:24           
ABŞ Rusiyadan neft alan ölkələrə sanksiyalar tətbiq edə bilər
ABŞ Konqresində Rusiya neftini almaqda davam edən ölkələrə qarşı sanksiyaların tətbiqinə imkan verən qanun layihəsi irəli sürülüb.

Bu barədə Cənubi Karolina ştatından olan respublikaçı senator Lindsi Qrem məlumat verib.

“Biz prezident Donald Trampa ucuz neft alışları hesabına Rusiyanı dəstəkləməyə davam edən ölkələrə qarşı sanksiyalar tətbiq etməyə imkan verəcək qanun layihəsini irəli sürdük”, – deyə Qrem X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Senator həmçinin qeyd edib ki, qanun layihəsi ABŞ liderinə Amerikanın maraqlarını qorumağa imkanı verəcək.

Bundan əvvəl xəbər verilmişdi ki, Hindistan hakimiyyəti ABŞ administrasiyasından Rusiyadan neft alınmasına dair lisenziyanın müddətinin uzadılmasını istəyib. ABŞ hakimiyyəti mart ayında həmin tarixədək tankerlərə yüklənmiş Rusiya nefti və neft məhsullarının satışı ilə bağlı əməliyyatlara tətbiq edilən sanksiyaları ləğv edib, sonradan isə bu qərarın müddəti uzadılıb və ona əlavələr edilib. Vaşinqton bu addımı ABŞ-nin İrana qarşı müharibəsinin nəticələri səbəbindən neft qiymətlərində baş verən kəskin artım fonunda atıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru