"Qalatasaray" məğlub olub, "Tottenhem" öz meydanında darmadağın edilib

2-10-2019, 01:22           
"Qalatasaray" məğlub olub, "Tottenhem" öz meydanında darmadağın edilib
UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna start verilib.

"Report" xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında yer alan komandalar qarşılaşıblar.

Türkiyə təmsilçisi "Qalatasaray" İstanbulda Fransa PSJ-sini qəbul edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da paytaxt təmsilçisi ilk dəfə Türkiyədə qalib gəlməyi bacarıb. Bu, PSJ-nin qrupda ardıcıl 2-ci qələbəsi olub.

"Qalatasaray"la eyni qrupda yer alan "Real Madrid" isə İspaniyada Belçika "Brügge"sinə məğlubiyyətdən qurtularaq, əzmkar heç-heçəyə nail olub.

Gecənin ən məhsuldar görüşü İngiltərədə qeydə alınıb. "Tottenhem" Londonda Almaniya "Bavariya"sına 2:7 hesabı ilə uduzub. Bu, Münhen komandasının ardıcıl ikinci qələbəsi olub. "Srvena Zvezda" isə Serbiyada "Olimpiakos" üzərində inamlı qələbə qazanıb - 3:1.

C qrupunda Ukrayna "Şaxtyor"u İtaliyada "Atalanta"nı, İngiltərənin "Mançester Siti" klubu isə Xorvatiyanın paytaxtı Zaqrebdə

Çempionlar Liqası

II tur

A qrupu

20:55. "Real Madrid" (İspaniya) - "Brügge" (Belçika) - 2:2

Qollar: Serxio Ramos, 55. Lukas Kazemiro, 85 - Emmanuel Bonaventure, 9; 39

Qırmızı vərəqə: Ruud Vormer, 84 ("Brügge")

23:00. "Qalatasaray" (Türkiyə) - PSJ (Fransa) - 0:1

Qol: Mauro İkardi, 52

Xal durumu: PSJ – 6, "Brügge" - 2, "Qalatasaray" - 1, "Real Madrid" - 1.

B qrup

23:00. "Srvena Zvezda" (Serbiya) - "Olimpiakos" (Yunanıstan) - 3:1

Qollar: Miloş Vuliç, 62. Nemanya Vulinoviç, 87. Riçmond Boakye, 90 - Ruben Semedo, 37

Qırmızı vərəqə: Yassin Benzia, 58 ("Olimpiakos")

23:00. "Tottenhem" (İngiltərə) - "Bavariya" (Almaniya) - 2:7

Qollar: Hın Min Son, 12. Harri Keyn, 61 (pen.) - Coşua Kimmix, 15. Robert Levandovski, 45; 87. Serj Qnabri, 53; 55; 83; 88

Xal durumu: "Bavariya" - 6, "Srvena Zvezda" - 3, "Olimpiakos" - 1, "Tottenhem" - 1.

C qrupu

20:55. "Atalanta" (İtaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:2

Qollar: Duvan Zapata, 28 - Junior Moraeş, 41. Manor Solomon, 90+5

Dəqiq yerinə yetirilməyən penalti: Yosip İliçiç, 16 ("Atalanta")

23:00. "Mançester Siti" (İngiltərə) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:0

Qollar: Rəhim Sterlinq, 66. Fil Foden, 90+5

Xal durumu: "Mançester Siti" - 6, "Şaxtyor" - 3, "Dinamo" - 3, "Atalanta" - 0.

D qrupu

23:00. "Yuventus" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 3:0

Qollar: Qonsalo İquain, 17. Federiko Bernardeski, 62. Kriştianu Ronaldu, 89

23:00. "Lokomotiv" (Moskva, Rusiya) - "Atletiko" (Madrid, İspaniya) - 0:2

Qollar: Juan Feliks, 48. Tomas Partey, 58

Xal durumu: "Atletiko" - 4, "Yuventus" - 4, "Lokomotiv" - 3, "Bayer" - 0.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru