Şevçenko müasir futbolda oyununu bəyəndiyi hücumçunun adını çəkdi

11-11-2023, 18:34           
Şevçenko müasir futbolda oyununu bəyəndiyi hücumçunun adını çəkdi
Ukrayna millisinin sabiq baş məşqçisi və əsasən “Milan”dakı çıxışı ilə yaddaşlarda qalan Andrey Şevçenko PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappenin oyununu bəyəndiyini bildirib.

“Hazırda oynayan hücumçulardan Mbappeni çox bəyənirəm. Onun həmişə oyunu diqqətlə izləməsi, rəqibi güdməsi və şansını axtarması xoşuma gəlir.

O, çox sürətlidir, amma onu təsirli edən onun hərəkət keyfiyyəti, sağ-sol istiqamətlərdə hərəkət edə bilməsi və boş zona yaranan kimi hər iki ayağı ilə dəqiq zərbə vura bilməsidir”, - deyə keçmiş ukraynalı futbolçu K.Mbappe haqqında danışarkən vurğulayıb.
Mənbə: Football Italia












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru