DİM: I–IV ixtisas qrupları üzrə 40 faizə yaxın abituriyent “2” qiymətinə uyğun nəticə göstərib
Bu gün, 00:11
2025-2026-cı tədris ilində I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 38.37%-i 200-dən az bal toplayıb.
Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunub.
Məlumata görə, qəbul imtahanlarında mümkün maksimal bal 700 olub. Nəticələr 0–200, 200–300, 300–500 və 500–700 bal intervalları üzrə ənənəvi “2”, “3”, “4” və “5” qiymətləri ilə müqayisə edilib.
Belə ki, bu il abituriyentlərin 38,4 faizi şərti olaraq “2”, 21,8 faizi “3”, 28,4 faizi “4”, 11,5 faizi isə “5” qiymətinə uyğun nəticə göstərib.