UEFA Çempionlar Liqası: "Qalatasaray" və "Mançester Siti"dən darmadağın VİDEO

6-11-2025, 07:59           
UEFA Çempionlar Liqası: "Qalatasaray" və "Mançester Siti"dən darmadağın  VİDEO
UEFA Çempionlar Liqasının əsas mərhələsində dördüncü turun son oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, maraqla gözlənilən matçlardan biri "Ayaks" və "Qalatasaray" komandaları arasında baş tutub.

Görüş "Qalatasaray"ın inamlı qələbəsi ilə başa çatıb - 0:3. Viktor Osimhen matçda het-trikə imza atıb. O, qollarının ikisini penaltidən vurub.

Bu nəticədən sonra İstanbul təmsilçisi xallarının sayını doqquza çatdırıb. "Ayaks" isə xal üzünə həsrət qalıb.

"Mançester Siti" isə "Borussiya Dortmund"u darmadağınla məğlub edib - 4:1. Bu nəticə ilə İngiltərə təmsilçisinin aktivində 10, Almaniya təmsilçisinin isə 7 xalı var.

Digər görüşlərdə qeydə alınmış nəticələri təqdim edirik:

"Qarabağ" - "Çelsi" - 2:2;

"Pafos" - "Vilyarreal" - 1:0.

"Brügge" - "Barselona" - 3:3;

"Benfika" - "Bayer Leverkuzen" - 0:1;

"İnter" - "Kayrat" - 2:1;

"Marsel"- "Atalanta" - 0:1;

"Nyukasl Yunayted" - "Atletik Bilbao" - 2:0.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]