Dünya çempionatları tarixində İLK: Vaxt uzatmağa görə künc zərbəsi təyin edildi Bu gün, 07:36 Qətərdən olan baş hakim Əbdürrəhman Əl-Cassim futbol üzrə 2026-cı il dünya çempionatında vaxtın uzadılmasına görə ilk künc zərbəsini təyin edib.Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, hadisə Portuqaliya və Konqo Demokratik Respublikası yığmalarının oyununda baş verib (1:1).İkinci hissənin əvvəlində konqolular topu qapıdan oyuna daxil etməyə başlayıblar, lakin müəyyən olunmuş beş saniyəlik limitə əməl edə bilməyiblər.Bu qayda dünya çempionatlarında ilk dəfə tətbiq olunur. Facebook-da paylaş