Uruqvay – Kabo-Verde matçı mundialların tarixinə düşdü

Bu gün, 08:44           
Uruqvay – Kabo-Verde matçı mundialların tarixinə düşdü
DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda keçirilən Uruqvay – Kabo-Verde görüşü tarixi hadisə ilə yadda qalıb.

Tribuna.az xəbər verir ki, dünya çempionatları tarixində ilk dəfə hər iki komandanın start heyətində eyni vaxtda 40 yaşını tamamlamış qapıçılar meydana çıxıb.

Uruqvay millisinin qapısını Fernando Muslera qoruyub. Kabo-Verde yığmasında isə təcrübəli Vozinya forma geyinib.

Maraqlıdır ki, hər iki qolkiper bu ilin iyun ayında 40 yaşını qeyd edib. Vozinyanın iyunun 3-də, Musleranın isə iyunun 16-da 40 yaşı tamamlanıb

Beləliklə, DÇ-2026-nın qrup mərhələsində keçirilən bu qarşılaşma yaş statistikası baxımından mundiallar tarixində yeni rekordla əlamətdar olub.

Qeyd edək ki, Mayami stadionunda keçirilən H qrupunun II turunun matçında hesab 2:2 olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru