ABŞ-də güclü yağış: Nyu-York metrostansiyası su altında qaldı - VİDEO
Bu gün, 15:08
ABŞ-də Nyu-York şəhərində metronun mərkəzi stansiyalarından biri meqapolisə yağan güclü yağış səbəbindən su altında qalıb.
Bu barədə "ABC News" telekanalı məlumat verir.
Telekanalın yayımladığı görüntülərdə Manhettenin mərkəzindəki eyniadlı vağzalın yaxınlığında yerləşən Penn-Steyşn stansiyasının platformasına su axınlarının töküldüyü kadrlar əks olunub. Bildirilir ki, Nyu-Yorkda bir neçə metro xəttində qatarlar əlverişsiz hava şəraiti səbəbindən böyük gecikmələrlə hərəkət edir, Bruklində bir magistralda isə hərəkət dayandırılıb.
Meteoroloqlar Nyu-York və Nyu-Cersi ştatlarında pis havaya görə daşqın təhlükəsi barədə xəbərdarlıq edirlər, bu, pis drenaj sistemi olan ərazilərdə nəqliyyatın hərəkətini iflic edə bilər.