Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı

Bu gün, 00:12           
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
Argentina millisi və "İnter Mayami" klubunun hücumçusu Lionel Messi dörd ildən sonra yenidən Dünya Kubokunda oynaya biləcəyinin ehtimalının az olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu gün 39 yaşını qeyd edən Messi meydanda yaşı barədə düşünmədiyini qeyd edib: "Futboldan zövq alıram və özümü fiziki cəhətdən yaxşı hiss edirəm. Qalib gəlməyə qərarlıyam. Bir gün bədənim təslim olacaq, amma hələlik bundan zövq alıram. Tanrıdan bundan artığını istəyə bilmərəm. O, mənə idmanda hər şeyi verib. İstəyə biləcəyim tək şey özüm və ailəm üçün sağlamlıqdır. Tanrıdan daha bir çempionluq diləmək çox olardı. Hazırda bu barədə düşünmürəm. Diqqətimi indiki zamana yönəldirəm".

Qeyd edək ki, Messi altıncı dəfə dünya çempionatında iştirak edir. O, qrup mərhələsinin ilk iki turunda beş qol vurub və 18 qolla dünya çempionatlarında ən çox qol vuran oyunçudur. Messinin qolları sayəsində Argentina Əlcəzairi (3-0) və Avstriyanı (2-0) məğlub edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru