Pis hava şəraiti səbəbindən daha bir Dünya Kuboku oyunu ləğv edilə bilər
Bu gün, 08:24

ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiymiş DÇ-2026-da hava sürprizləri təşkilatçıları və azarkeşləri təşvişə salmağa davam edir.
Niderlandın nüfuzlu "VoetbalPrimeur" nəşrinin yaydığı məlumata görə, qrup mərhələsinin üçüncü turu çərçivəsində keçirilməsi planlaşdırılan Tunis və Niderland yığmaları arasındakı qarşılaşma əlverişsiz hava şəraiti səbəbindən vaxtında başlamaya bilər. Kanzas-Sitidəki (Missuri ştatı) "Errouhed" stadionunda Bakı vaxtı ilə iyunun 26-sı gecə saat 03:00-da (Moskva vaxtı ilə 02:00) start götürməli olan oyun zamanı arenanın yerləşdiyi ərazidə güclü ildırım çaxacağı və tufan qopacağı proqnozlaşdırılır.
Turnirin mövcud reqlamentinə əsasən, oyun zamanı stadionun 13 kilometrlik radiusunda hər hansı bir ildırım çaxması qeydə alınarsa, matç dərhal 30 dəqiqəlik dayandırılmalı, azarkeşlər isə tribunaları tərk edərək təhlükəsiz yerlərə təxliyə olunmalıdır. Məhz bu sərt qaydaya görə, daha əvvəl keçirilən Fransa - İraq qarşılaşması dünya çempionatları tarixinə ən uzun sürən oyun kimi düşüb; həmin görüşdə ildırım səbəbindən fasilə standart 15 dəqiqə əvəzinə tam iki saat çəkib və "üç rənglilər" yekunda 3:0 hesablı qələbə qazanıblar. Sinoptiklər xəbərdarlıq edir ki, bənzər hava problemi iyunun 26-da axşam saatlarında Foksboro şəhərində (Massaçusets ştatı) Norveçlə qarşılaşacaq Fransa millisinin oyununda da ciddi gecikmələrə yol aça bilər.

