DÇ-2026-da futbol şousu: İngiltərə millisi beş qol vurulan dueldən qalib ayrıldı

Bu gün, 09:27           
DÇ-2026-da futbol şousu: İngiltərə millisi beş qol vurulan dueldən qalib ayrıldı
Futbol üzrə dünya çempionatında 1/8 final mərhələsində İngiltərə Meksikaya qalib gələrək 1/4 finala adlayıb.

Oxu.Az xəbər verir ki, gərgin məcrada keçən oyun ingilislərin 3:2 hesabı ilə qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı 36-cı dəqiqədə Cud Bellinqem açıb. Futbolçu iki dəqiqə sonra özünün və komandasının ikinci qolunu vurub. İlk hissənin sonuna üç dəqiqə qalmış J.Quinones hesab arasındakı fərqi azaldıb. 54-cü dəqiqədə İngiltərə millisinin heyətində C.Kvanza qırmızı vərəqə alıb.

Cəmi altı dəqiqə sonra H.Keyn penalti zərbəsini dəqiq yerinə yetirməklə ingilislərin hesabdakı üstünlüyünü yenidən iki topa çıxarıb. 69-cu dəqiqədə meydan sahibi Meksika yığması R.Ximenezin penalti zərbəsi ilə fərqi yenidən minimuma endirsə də, bundan artığına gücü çatmayıb.

Beləliklə, Kanadadan sonra turnirin daha bir ev sahibi olan Meksika millisi də yarışla vidalaşıb. 1/4 finala adlayan ingilisləri isə bu mərhələdə (12 iyul) Braziliyanı turnirdən kənarlaşdıran Norveçlə çətin oyun gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru