Sürücülük vəsiqəsi almaq istəyənlərə şad xəbər - Qayda DƏYİŞDİ Bu gün, 08:24 Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyənlər üçün mühüm dəyişiklik edilib.İndiyədək 30 gün etibarlı olan sürücülüyə yararlılıq barədə tibbi arayışın müddəti 60 günə çatdırılıb. TƏBİB-dən bildirilib ki, vətəndaşların təkrar müayinələrə məcbur qalması nəzərə alınaraq tibbi arayışın etibarlılıq müddəti artırılıb. Beləliklə, sürücülük vəsiqəsi almaq istəyənlər artıq arayışdan iki ay ərzində istifadə edə biləcəklər. Facebook-da paylaş