"Kontakt Home" üzərində "satış üçün deyil" yazılan məhsullar satır - RÜSVAYÇILIQ + FOTO

Bu gün, 09:24           
"Kontakt Home" üzərində "satış üçün deyil" yazılan məhsullar satır - RÜSVAYÇILIQ + FOTO
"Kontakt Home"dən şikayət edən Tural Hacızadə alış-veriş zamanı qarşılaşdığı vəziyyətlə bağlı narazılığını ictimailəşdirib.

SAVASHMEDİA.az xəbər verir ki, o, övladı üçün "Huawei" markalı planşet alarkən əlavə olaraq qələm də götürmək istəyib. Elə hər şey bundan sonra başlayıb.

Hacızadə bildirib ki, mağazada ona qələmin ayrıca satıldığı deyilib və o da razılaşaraq məhsulu alıb.

Lakin qələmi alandan sonra üzərində “Not For Sale”, yəni “satış üçün deyil” yazısını görüb.

Müştəri qeyd edib ki, bu vəziyyət onda ciddi şübhələr yaradıb:

"İstədim "Huawei"yə yazım ki, bəs sizin rəsmi distribütorunuz (orda dedilər ki, rəsmi distribütordurlar) belə bir satış edir. Sonra bir çinliyə öz şirkətimizdən gileylənməyə utandım. Bunu adi bir satış butiki etsə, deyərdim, qazancı o qələmdən çıxır. Amma sən böyük korporativ dükansan, belə etməməlisən. Əgər sən də belə edirsənsə, sənin adi satış butikindən nə fərqin oldu?

Məni isə bu 2 sual düşündürür.

1. Kontakt, niyə belə edirsiniz?

2. Biz nə vaxt düzələcəyik?"













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru