Güclü media qurumlarını rəqiblər yox, yanlış qərarlar və peşəkarlığın qiymətləndirilməməsi zəiflədir.

Bu gün, 10:27           
Güclü media qurumlarını rəqiblər yox, yanlış qərarlar və peşəkarlığın qiymətləndirilməməsi zəiflədir.
İTV- nin baş direktoru Balakişi Qasımov deyir:
"Ənənəvi televiziya "Titanik" gəmisi kimi batır. İndi iki yol var: ya "Titanik"dəki orkestr kimi gəminin batdığını bilə-bilə musiqini davam etdirmək, ya da çıxış yolu axtarmaq."
Məncə, gəmini ən çox batıran elə onu idarə edən kapitanlardır.
İTV-nin qurulmasında zəhməti olan, peşəkarlığı ilə bu televiziyanı nümunəyə çevirən əməkdaşlar müxtəlif bəhanələrlə işdən uzaqlaşdırıldı. Onların yerini isə çox vaxt peşəkarlıq deyil, başqa meyarlarla seçilən insanlar tutdu. Nəticədə İTV-nin illərlə formalaşmış peşəkar idarəetmə sistemi dağıdıldı, televiziya öz missiyasından uzaqlaşaraq mənasız prodakşın layihələrinin üstünlük təşkil etdiyi bir quruma çevrildi.
Əgər bu gün ənənəvi televiziyanın böhranından danışılırsa, bunun səbəblərini təkcə texnologiyanın inkişafında yox, həm də illərlə verilmiş yanlış idarəetmə qərarlarında axtarmaq lazımdır. Güclü media qurumlarını rəqiblər yox, yanlış qərarlar və peşəkarlığın qiymətləndirilməməsi zəiflədir.
Rauf Rajabov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru