Dəniz quldurları yenə iş başında- Bir tankeri ələ keçirdilər

Bu gün, 09:02           
Dəniz quldurları yenə iş başında-
İyulun 17-də Somali sahillərində Tanzaniya bayrağı altında üzən tanker dəniz quldurlarının hücumuna məruz qalıb.

Bu barədə EFE agentliyi Yəmən hökumətinə istinadən məlumat yayıb.

Məlumata görə, tanker Pakistanın Kəraçi limanından Somalinin Bosaso şəhərinə doğru hərəkət edirmiş. Gəminin ələ keçirilməsi Yəmənin cənub-şərq sahillərindən təxminən 26 dəniz mili məsafədə baş verib.

Tankerin sonrakı marşrutu barədə məlumat verilmir.

Hazırda Yəmən hökuməti beynəlxalq tərəfdaşlarla birlikdə hadisəyə cavab tədbirləri hazırlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru