Sakinləri canından bezdirən mənzərə - "İydən dayanmaq olmur, ölü heyvanları da gətirib atırlar" - VİDEO

Bu gün, 09:47           
Sakinləri canından bezdirən mənzərə -
Goranboy rayonunun Dəliməmmədli şəhər sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək vağzal ərazisindəki antisanitar vəziyyətin işıqlandırılmasını istəyiblər.

Sakinlərin sözlərinə görə, dəmiryol stansiyasının ərazisində illərdir acınacaqlı vəziyyət hökm sürür.

"Buradan keçmək olmur. Ətrafdan kəskin iy gəlir. Hər yeri tualetə çeviriblər, tualetin qarşısı isə zibillikdir. Hətta ölü heyvanları da gətirib buraya atırlar", - sakinlərdən biri bildirib.


"Dəliməmmədliyə şəhər statusu verilib, amma ərazi natəmizlik içindədir. Burada it və pişik cəsədləri var. Bu yoldan bağçaya, kluba, məscidə gedirlər. İydən dayanmaq olmur. İllərdir belədir, baxan da, təmizləyən də yoxdur", - başqa bir sakin deyib.

Dəliməmmədli şəhər icra nümayəndəliyindən bildirilib ki, əraziyə baxış keçiriləcək və tullantılar qısa müddətdə təmizlənəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru