Zelenskiy-Fyodorov və Qərb-Avopa kəşfiyyatı...

Bu gün, 10:38           
Zelenskiy-Fyodorov və Qərb-Avopa kəşfiyyatı...
Ukraynada son günlər Müdafiə Naziri 35 yaşlı Mixail Fyodorovun prezident Zelenski əmri ilə vəzifəsindən azad edilməsi ilə bağlı, gərginlik yaşanır. Fyodorovun orduda, cəmiyyətdə, həm hökumət, parlamentdəki tərəfdarı--əlehdarları mübahisədədirlər. Kiyevdə də mitinqlər vardır.
Bu saat hər yerdə, elə Almaniya və bizim ölkə Azərbaycanda da siyasilər, analitik, ekspertlər baş sındırır: niyə Fyodorov istefaya göndərilib? Müəmmalarda səbəb, Fyodorovun elə də çox tanınmamasıdır ki, kimdir, nə yuvanın quşudur?
Belə də olanda, bəzi yoldaşlarla müzakirələrdə dedim ki, bir məsələ ki, müəmmalıdır, ətrafında söhbətlər mübahisə yaradır və bir tərəfə çıxmır, o zaman, əlahəzrət məntiqə müraciət lazımdır.
Məntiq isə bunu deyir... Ukraynanı Rusiya kimi əjdahanın qabağında saxlayıb, üstəlik bu 4 ildə Rusiyanı zəiflədən əsas amil Qərbdir, Avropadır. Bu danılmaz həqiqətdir. Qərb də Ukraynaya bu qədər hərbi, sursat, kəşfiyyat maddi yardımı ilə bərabər, təbii ki, əks-kəşfiyyat dəstəyini də edir. Yəni, Ukrayna hökumət, hərbi içində Rusiyanın casus-agentini tapıb, Ukrayna SBU-a bildirmək.
Həm də Zelenskiy Qərb-Avropa ilə məsləhətsiz müdafiə naziri kimi, mühüm vəzifədə dəyişiklik etməz, heç vaxt! Adicə, Trampla.olan danışığa Zelenskiy Avropa liderlərinin məsləhətilə gedir.
Demək, burada nə çıxır? O çıxır ki, Qərb-Avropa kəşfiyyatı Fyodirovda nəsə şübhəli görüb, ipucu aşkar ediblər. Hansı tərəfə? Hansı tərəfə olar ki, təbii düşmən Rusiya tərəfə. Bunu dünən dedim.
Bu günsə, Ukrayna Təhlükəsizlik Xidməti (SBU)
Mixaylo Fyodorova qarşı faktlar üzə çıxarıb da, ittihamlar hazırlayır. Nələr üzrə? Fırıldaqçı.çağrı mərkəzləri, onlayn kazinolar üçün lobbiçilik və qanunsuz, korrrupsion yolla varlanma ilə bağlı
Üstəlik, keçmiş nazirin elektron cüzdanlarında ümumilikdə, 70 milyon dollar məbləğində gizli vəsait aşkar edilib... Bunu aşkar edib, Ukrayna prezidenti, SBU (DTX) tərəfə ötürənlər kimdir? Britaniya, ABŞ, Almaniya kəşfiyyatı. Müşahidə və analizimlə, bu hələ jurnaldır. Film irəlidədir.
İrəlidə, Fyodorovun, Rusiyanın xeyrinə dövlətə xəyanət faktları və uyğun ittihamlar da ola bilir. Yağış yağmaqdan öncə göy guruldayır. Xüsusi Xidmətlər isə adətən iqtisadi, maliyyə faktları, ittihamları ilə başlayır, sonra keçirlər.əsas işə!
Allah, Ukraynanı və əzabkeş.xalqını qorusun!
Şəkildə: Fyodorov..
Ilqar Altay












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru