Çində torpaq sürüşməsi: 8 nəfər ölüb Bu gün, 09:48 Çinin cənub-qərbində dağ yamacının uçması nəticəsində azı 8 nəfər həlak olub, daha 34 nəfər isə itkin düşmüş hesab olunur.Bu barədə Çinin "Sinxua" agentliyi məlumat yayıb.Məlumata görə, torpaq sürüşməsi iyulun 17-də səhər saatlarında Pınşuy qəzasında baş verib.Xilasedicilər təbii fəlakət zonasından 18 nəfəri təhlükəsiz əraziyə çıxarmağa müvəffəq olublar.Hazırda itkin düşənlərin axtarış-xilasetmə əməliyyatı davam etdirilir./Teleqraf Facebook-da paylaş