FIFA-da böhran: İnfantino təcili iclas çağırdı

5-08-2026, 08:26           
FIFA-da böhran: İnfantino təcili iclas çağırdı
Yayım hüquqları qalmaqalından sonra milli assosiasiyalar dəstəyi geri çəkir, UEFA və digər qurumlar isə sərt addımlar planlaşdırır

Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino təşkilatda yaranmış böhran fonunda yüksək səviyyəli rəhbərliklə təcili iclas çağırıb.

Bestmedia.az Sky Sports-a istinadla xəbər verir ki, İnfantino qurumun aparıcı rəsmilərini dünya çempionatının yayım hüquqlarının satışı ilə bağlı uğursuz cəhd nəticəsində yaranmış vəziyyəti müzakirə etmək üçün toplantıya dəvət edib. Bildirilir ki, iclas çərşənbə günü Mərakeşdə keçiriləcək.

Son günlərdə bir sıra milli futbol assosiasiyaları İnfantinonun növbəti seçkilərdə namizədliyinə dəstək məktublarını geri götürüb və ya geri götürməyə hazırlaşır. Bundan əlavə, UEFA, AFC və CONCACAF qurumları isveçrəli funksionerin vəzifəsini tərk etməyəcəyi təqdirdə FIFA-nın fəaliyyətini “iflic vəziyyətinə salmaq” planı üzərində çalışır.

Məlumata görə, yaranmış gərginlik FIFA daxilində ciddi idarəetmə böhranının formalaşdığını göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru