Goranboyda qatar aşıb

29-04-2015, 11:25           
Goranboyda qatar aşıb
“Aprelin 28-də axşam saat 23 radələrində Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Goranboy rayon ərazisindən keçən hissəsində qəza baş verib. Qəzanın səbəbləri hələlik bəlli deyil. Təfərrüat araşdırmalardan sonra bəlli olacaq”.

Bu haqda Modern.az saytına “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
O qeyd edib ki, artıq aşan qatarlar qaldırılıb:

“Qəza vaxtı yol bağlanmayıb, digər qatarların hərəkətinə mane yaranmayıb. Aşan yük qatarı olduğundan hər hansı insan itkisi qeydə alınmayıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru