Uşağını göstərmədiyi üçün keçmiş arvadına aliment ödəmədi - Həbs edildi

17-08-2025, 00:16           
Uşağını göstərmədiyi üçün keçmiş arvadına aliment ödəmədi - Həbs edildi
Aliment borcunu ödəməyən şəxs həbs edilib. 11 min borcu yaranan şəxs qızını görə bilmədiyi üçün alimenti ödəmədiyini deyib.

Musavat.com xəbər verir ki, 40 yaşlı A.İsgəndərov Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə həbs edilib.

Buna səbəb İsgəndərovun boşandığı xanımına alimenti ödəməməsi olub. Bir qızı olan İsgəndərov daha əvvəl də aliment ödəmədiyi üçün 15 sutka həbs edilmişdi.

İsgəndərov fərdi ustalıqla məşğul olduğunu, aylıq qazanc əldə etdiyini deyib. Bildirib ki, aliment ödəməməsinin səbəbi keçmiş arvadının qızını ona göstərməməsi olub. Buna görə də İsgəndərov aliment ödəmirmiş.

Məhkəmənin hökmü ilə İsgəndərov 1 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru