Bu maşınlar bahalaşacaq

18-08-2025, 16:24           
Bu maşınlar bahalaşacaq
Maşın bazarında "bulanıq" vəziyyət yaranıb.

Valyuta.az bildirir ki, Çin maşınları sürətlə populyarlaşır. Digər ənənəvi modellərə isə maraq xeyli azalıb.

Ekspertlər düşünür ki, belə vəziyyətdə Çin maşınları alanlar uduza bilər. Çünki, hazırda populyar olduğu üçün alınan maşınlar qısa müddət sonra kəskin pul itkisi ilə nəticələnə bilər.

Aydın məsələdir ki, Çin maşınları digər maşınların qiymətini endirib. Ekspertlər düşünür ki, bu fürsətdən yararlanmaq olar. Belə ki, bir müddət sonra Çin maşınları kəskin dəyər itirəndə digər maşınlar kəskin bahalaşacaq. Ona görə də bu maşın alan şəxslərə vəziyyət "durulana" qədər səbrli olmağı və ya peşman olmamaq üçün digər qiyməti düşmüş maşınlardan almağı tövsiyyə edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru