37 mədənçi dəm qazından zəhərlənərək öldü

19-02-2026, 15:44           
37 mədənçi dəm qazından zəhərlənərək öldü
Nigeriyada mədəndə dəm qazından zəhərlənmə nəticəsində 37 işçi həlak olub.
Bakupost.az xəbər verir ki, bu barədə "The Cable" nəşri məlumat yayıb.
Bildirilir ki, mədənçilər tunellərin birində yığılmış dəm qazından zəhərləniblər. Hadisə fevralın 17-də səhər saatlarında baş verib, lakin bu barədə yalnız fevralın 18-də məlum olub.
Mədənin yerləşdiyi Plato ştatının hakimiyyət orqanları insident faktını təsdiqləyiblər, lakin ölənlərin sayı da daxil olmaqla təfərrüatı açıqlamayıblar. 25 nəfər xəstəxanaya yerləşdirilib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru