Bakıda çadralı qadınlar bıçaqla mağazaya BASQIN etdilər - TƏFƏRRÜAT

20-02-2026, 17:26           
 Bakıda çadralı qadınlar bıçaqla mağazaya BASQIN etdilər - TƏFƏRRÜAT
Fevralın 20-də günorta saatlarına Bakının Keşlə qəsəbəsində soyğun hadisəsi baş verib.
TEREF Globalinfo.az-a istinadən xəbər verir ki, 5-6 qadın qara çadrada, üzlərində niqab Keşlə məscidinin yaxınlığındakı “Al Market” şəbəkəsinə məxsus mağazaya giriblər. Onlar əllərində bıçaq, ülgüc tutaraq kassada işləyən əməkdaşları hədələyib, oradakı pulu götürüblər.
Hadisə şahidlərinin saytımıza verdiyi məlumata görə, soyğunçular Azərbaycan dilində danışıblar, həmçinin aralarında başa düşülməyən başqa dildə də söhbət ediblər. Hadisə şahidləri onu da bildirib ki, marketə basqın edən qadınlar əllərinə pipetli əşya olub, ordan öz ağızlarına maye fısqırdırmışlar.
Bütün soyğun prosesi marketin müşahidə kameraları tərəfindən qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru