Müharibənin 2-ci günü

2-03-2026, 00:10           
Müharibənin 2-ci günü
Müharibənin ilk günündə əsas suallardan biri İranın HHM sistemlərinin müttəfiqlər tərəfindən nə vaxt tamamilə sıradan çıxarılacağı idi. Bu sual artıq cavabını tapdı: təxminən 24 saat ərzində. Martın 1-i səhər saatlarına olan məlumata görə, İran səması faktiki olaraq müttəfiqlərin nəzarətinə keçib. Bu isə son dərəcə önəmli faktdır. Niyə?
Çünki dünənlə müqayisədə bu gün İrana endirilən zərbələrin intensivliyi müqayisəolunmaz dərəcədə artıb. Artıq yalnız zərbələr endirilmir, İranın strateji obyektləri sistemli şəkildə məhv edilir. Bunun əsas səbəbi isə hava üstünlüyünün təmin olunmasıdır. İndi raketlərdən daha çox aviasiya bombalarından istifadə olunur. Bombaların tətbiqi üçün isə bombardmançı təyyarələr hədəf üzərindəki hava məkanında sərbəst fəaliyyət göstərə bilməlidir.
Bundan əlavə, yeraltı obyektlərin sıradan çıxarılması məqsədilə bu gün ABŞ-a məxsus 4 ədəd B-2 Spirit strateji bombardmançısı havaya qalxıb və onlarla 900 kq-lıq bomba tətbiq edib.
İran isə cavab zərbələri üçün bir neçə ölkəni hədəf seçib:
Bəhreyn - 45 raket, 9 dron
Qətər - 66 raket
BƏƏ - 140 raket, 270 dron
İsrail - 200-dən çox raket, 12 dron
İordaniya - 13 raket, 36 dron
*Müqayisə üçün hər gün bu statistikanı izləyəcəyik. Günü gündən İranın zərbə gücü sürətlə azalacaq, ta 0-a enməyənə qədər.
ABŞ-da rəsmi olaraq 3 amerikalı hərbçinin öldüyü barədə məlumat verilib.
Nəzərə alsaq ki, İran hava məkanına nəzarəti faktiki olaraq itirib və müttəfiqlərin zərbələrinin daha da intensivləşəcəyi gözlənilir, qarşıdakı 72 saat həlledici ola bilər.
Kamran Cəfərov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru