İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
5-03-2026, 09:24
İran yenidən NATO-nun İraqın paytaxtı Bağdadda yerləşən “Viktoriya” kimi tanınan hərbi bazasına hücum edib. Bu barədə IRIB xəbər agentliyi özünün teleqram kanalında məlumat yayıb.
“ABŞ-nin hərbi bazasında çoxsaylı partlayış səsləri eşidilib”, - məlumatda qeyd olunub.