“ChatGPT”nin işi ilə bağlı problem yaranıb

Bu gün, 00:02           
“ChatGPT”nin işi ilə bağlı problem yaranıb
Dünyanın hər yerindən olan istifadəçilər “OpenAI” şirkətinin məşhur “ChatGPT” çat-botunun fəaliyyətində qlobal nasazlığın yarandığını bildiriblər.

Tribuna.az xəbər verir ki, bunu “Downdetector”un məlumatları göstərir.

Nasazlıqlar bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda da müşahidə olunur.

İnsanlar şəxsi kabinetə giriş problemlərindən, saytdakı nasazlıqdan və “ChatGPT”nin sorğulara gec cavab verməsindən şikayətlənirlər. Ən çox şikayət Niderland, ABŞ və Almaniyadan daxil olur.

“OpenAI”dan bildirilib ki, yaranmış problemlərdən xəbərdardırlar və onların aradan qaldırılması istiqamətində işlər aparırlar.

“ChatGPT”nin işində sonuncu nasazlıq 2025-ci ilin dekabrında müşahidə edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru