Kriptoda yeni hücum: 77 milyon dollarlıq saxta token dövriyyəyə buraxıldı
Bu gün, 17:34
Monad şəbəkəsində fəaliyyət göstərən Bitcoin DeFi protokolu Echo Protocol 77 milyon dollarlıq haker hücumuna məruz qalıb.
Hakerlər idarəedici xüsusi açarları ələ keçirərək havadan 1000 ədəd sintetik Bitcoin – eBTC tokeni yaradıb. Vəsaitin bir hissəsi isə Ethereum şəbəkəsində Tornado Cash vasitəsilə yuyulub.
Kripto təhlükəsizlik şirkəti PeckShield bildirib ki, hazırda hücum edənlərin əlində təxminən 73 milyon dollar dəyərində 955 eBTC qalır.
Mütəxəssislər hücumun texniki boşluqdan deyil, təhlükəsizlik idarəetməsindəki səhvlərdən qaynaqlandığını bildiriblər. Monad isə şəbəkənin hack edilmədiyini açıqlayıb