Anbar partladı: Onlarla ölü və yaralı var - Bu ölkədə...

1-06-2026, 07:24           
Anbar partladı: Onlarla ölü və yaralı var - Bu ölkədə...
Myanmanın şimalında sənaye təyinatlı emulsiyalı partlayıcı maddələrin saxlanıldığı anbarda baş verən partlayış nəticəsində azı 20 nəfər həlak olub, onlarla insan yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "Eleven Media Group" məlumat yayıb.

Hadisə Şan milli bölgəsinin şimalında qeydə alınıb. Həmin ərazi etnik silahlı qruplaşma olan "Taanq Milli Azadlıq Ordusu"nun nəzarəti altındadır.

Qruplaşmanın məlumatına görə, anbarda saxlanılan partlayıcı maddələr dağ-mədən sənayesində istifadə üçün nəzərdə tutulubmuş.

Partlayışın başvermə səbəbi hələlik müəyyən edilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru