ABŞ-li pilotun qırıcısı bir ayda iki dəfə vurulub

Bu gün, 17:38           
ABŞ-li pilotun qırıcısı bir ayda iki dəfə vurulub
ABŞ Hərbi Hava Qüvvələrinin "F-15E" qırıcısının pilotlarından biri İrana qarşı hərbi əməliyyatlar zamanı 30 gün ərzində iki dəfə vurulub.

Bu barədə "CBS News" telekanalı özəl mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, martın əvvəlində təyyarə səhvən Küveytdən gələn qırıcı tərəfindən vurulub. Həmin insident nəticəsində "F-15E" qırıcısı sıradan çıxıb, lakin altı ekipaj üzvünün hamısı uğurlu katapult edərək xəsarət almayıb.

Bir ay sonra, aprelin 3-də "F-15E" qırıcısını idarə edənlərdən biri İran səmasında raketlə vurulub. Katapult etdikdən sonra hər iki ekipaj üzvü komandanlıqla əlaqəyə çıxıb. Pilot təyyarənin düşməsindən bir neçə saat sonra ABŞ qüvvələri tərəfindən tapılaraq təxliyə edilib. Silah operatoru-şturmanı isə yalnız iki gün sonra xilas etmək mümkün olub.

"CBS News"un məlumatına görə, ikinci hadisə zamanı pilot ağır xəsarətlər alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru