Bakıda dəmir yolu xətti üzərində yatan kişini qatar vurub

27-09-2017, 09:30           
Bakıda dəmir yolu xətti üzərində yatan kişini qatar vurub
Bakının Suraxanı rayonunda bədbəxt hadisə baş verib.
"Report" xəbər verir ki, dəmir yolu xətti üzərində yatan kişini qatar vurub.
Gecə saatlarında şəxsiyyəti hələ ki, məlum olmayan orta yaşlı kişi yatmaq üçün özünə dəmir yolu xəttinin üzərini seçib. Həmin rels ilə hərəkətdə olan qatarın maşinisti uzaqdan kişini görərək siqnal verməyə başlayıb. O, səsə oyanmayıb və nəticədə qatar kişinin üzərindən keçib.
Qapalı kəllə-beyin travması alan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi tərəfindən aparılan ilkin araşdırma nəticəsində müəyyən edilib ki, zərərçəkmiş Suraxanı rayonu ərazisində tüfeyli həyat tərzi keçirirmiş












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru