Bill Qeyts Yer kürəsini süni şəkildə soyutmaq istəyir

2-12-2025, 16:18           
Bill Qeyts Yer kürəsini süni şəkildə soyutmaq istəyir
"Microsoft"un təsisçisi və dünyanın ən varlı şəxslərindən biri olan Bill Qeyts atmosferə xüsusi aerozol püskürtməklə Yer kürəsinin süni şəkildə soyudulmasını nəzərdə tutan perspektivli tədqiqatları dəstəklədiyini açıqlayıb.

Bu barədə "Axios" nəşrinə verdiyi müsahibəsində danışıb.

İş adamının sözlərinə görə, aparılan tədqiqat atmosferin yuxarı qatlarına sulfat turşusu hissəciklərinin püskürdülməsini nəzərdə tutur. Alimlər hesab edirlər ki, bu üsul günəş radiasiyasının əhəmiyyətli bir hissəsini kosmosa geri qaytararaq planetin istiləşmə sürətini azalda bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]