“Cəhalət həmişə köləlik gətirir”.

27-01-2026, 09:54           
“Cəhalət həmişə köləlik gətirir”.
Kristofer Kolumb gəmilərin təmiri üçün Yamayka sahillərinə yan alır. Oradakı yerli sakinlər təmir işlərinə kömək edir və ekipajı yemək və içki ilə təmin edirlər.
Daha sonra təmirin uzanması və gəminin heyətinin yerlilərin yeməklərini talamasından qəzəblənən yerli sakinlər yardımı və ərzaqları kəsir.
Kolumb gəmidəki təqvimə baxarkən ertəsi gün Ay tutulması olduğunu öyrənir və dərhal yerlilərin başçısının yanına gedir.
Başçıya tanrı ilə əlaqə saxladığını və yardımların kəsilməsinə görə tanrının çox qəzəbləndiyini və bu qəzəbini Ayı qırmızı rəngə boyayaraq göstərəcəyini bildirir.
Ertəsi gün axşam saatlarında Ay tutulması başlayır.
Yerlilər inilti və fəryadla hər yerdən gəmilərə tərəf gəlir, yemək-içmək gətirir, admirala yalvarırlar ki, tanrı onları bağışlasın.
Kolumb qum saatına baxır, 48 dəqiqəlik tutulma bitmək üzrədir.
Onlara deyir ki, tanrı onları bağışlayıb və tezliklə Ayı normal rənginə qaytaracaq.
Tutulma bitdi, "tanrının bağışladığı" yerlilər xoşbəxtdir, kainatın işini bilən Kolumb dəftərinə bircə qeyd edir:
“Cəhalət həmişə köləlik gətirir”.
Zakir Osmanov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru