MƏN HƏLƏ DƏ YAŞAYIRAM
29-01-2026, 12:04

Kanadanın Vankuver şəhərində təqaüddə olan insanlar üçün müxtəlif sosial fəaliyyətlər – görüşlər, konsertlər keçirirlər. Belə görüşlərdən birində yaşlı bir kişini səhnəyə dəvət edirlər. O, əsa ilə yavaş-yavaş səhnəyə çıxıb kresloda oturur. Bir çox tanınmış insanın iştirak etdiyi o tədbirdə aparıcı qonağına belə bir sual verir:
– Siz həkimə tez-tezmi gedirsiz?
– Bəli, çox gedirəm həkimə, – yaşlı adam cavab verir.
Aparıcı maraqlanır:
– Nə üçün çox gedirsiz?
– Çünki xəstələr həkimi ziyarət etməlidirlər ki, həkimlər yaşamağa davam etsinlər, – qonaq təbəssüm edərək cavab verir.
Zala toplanmış insanlar gülüşərək ixtiyar adamın hazırcavablığını alqışlayırlar.
Aparıcı söhbəti davam etdirir:
– Həkimdən sonra da əzcəxanaya dərman almağa gedirsiz, eləmi?
– Təbii ki, axı əczaçı da hələ yaşamaq istəyir.
Alqışlar və gülüş səsləri daha da artır.
– Bəs dərmanları vaxtı-vaxtında qəbul edirsizmi?
– Xeyr, mən adətən dərman içmirəm, onları atıram…çünki mən də hələ yaşamaq istəyirəm, – yaşlı kişi etiraf edir.
Zaldakılar gülməkdən uğunub gedirlər, səhnədəki adamı dəqiqələrlə alqışlayırlar.
Sonda aparıcı “Görüşə gəldiyiniz üçün çox sağ olun” deyərək bu maraqlı insana təşəkkür edir. Buna cavab olaraq yaşlı adam belə deyir:
– Mənə çox xoş oldu, çünki bilirəm ki, siz də yaşamaq istəyirsiz.
Gurultulu alqışlar bitəndən sonra aparıcı bir sual daha verir:
– Siz hələ də sosail şəbəkələrdə aktivsinizmi?
– Bəli, mən zaman-zaman paylaşımlar edirəm. Çünki mən hələ də yaşamaq istəyirəm. Əgər paylaşım etməsəm dostlarım elə bilər ki, mən artıq ölmüşəm.
Deyilənə görə bu gözəl hekayə bütün dünyada böyük sevgi və bəyəni ilə izlənmə rekordları qırıb. Çünki hamı yaşamaq istəyir…
Odur ki, dostlar, yaşayın, gülün, yazın, varlığınızı xatırladın. Xatırladın ki, sizi bilənlər, tanıyanlar, sevənlər yaşadığınıza sevinsinlər.
Var olun, mutlu və sağlam olun!
Yaxşı həftə sonları arzu edirəm hər birinizə…
https://t.me/ibrahim_nebioglu

