Dünyanın məntiqini dəyişən azərbaycanlı dahi
29-01-2026, 00:03

Biz bu mirasın harasındayıq ?
Şumerdən Süni İntelektə
Platonun dialoqlarından birində yazının ixtirası və onun yaddaşı gücləndirən vasitə olmasından danışılır. Bunu dinləyən Misirli firon isə insanın artıq öz xatirəsinə yox xarici işarələrə güvənəcəyi üçün daxili yaddaşın zəifləyəcəyini deyir. O yazının bir dəfə yazıldıqdan sonra hər kəsə eyni şeyi söylədiyini, suala cavab verə bilmədyini, özünü müdafiə edə bilmədiyini, yanlış anlaşılanda susduğunu deyir.
Platon özü burada bilginin canlı düşüncə ilə, dialoqla və ruhun iştirakı ilə ötürülməli olduğunu deyir.
Ona görə biz şifahi xalq ədəbiyyatımızı, kollektiv yaddaşımızı, tarixi həqiqətlərimizi qeyri-yazılı formada ötürən folklorumuza xüsusi qayğı göstərməliyik. Tarixin, mədəniyyətin yazılı mətnlər hesabına daim saxtalaşdırılmasından ən çox əziyyət çəkən xalqlardan biri kimi azərbaycanlılar üçün məhz milliyyətcə azərbaycanlı Lütfi Zadəyə məlumatları “canlandırılaraq” ötürülməsi kimi qabiliyyət verilir. Bu cür istedadla mukafatlandırılan Lütfi Zadə faktiki Süni İntelektin təməlini qoyur.
Süni İntelekt dövrümüzün texnoloji ixtirası kimi təqdim edilməməlidir. O elektron dövrdə icad edilməyib, Şumerdə əlifba ilə başlayaraq Gilqemaş dastanı ilə formalaşıb. Sonra Homerin “İlliada” və “Odisey” kimi şifahi mətnlərinin yazılı mətnə çevrilməsi ilə dərinləşib, Qutenberqin çap maşınları hesabına yayılaraq kütləviləşib.
Nəhayət Lütfi Zadənin maşınların yalnız hesablamağı yox həm də düşünə bilməsinin və insanabənzər qərar verməsinin fəlsəfi-riyazi təməlini qoyması ilə faktiki ərsəyə gəlir, “Biq Data” və güclü hesablamalar sayəsində işə düşür.
Gil Lövhələr:
Bu hələ ki, bizə məlum olan ilk yazılı mətndir.
Bunun özü yaddaşı bioloji mühitdən çıxarıb fiziki daşıyıcıya köçürməkdir.
Və bu Süni İntelektin (Sİ) ən ibtidai formasıdır.
12 gil lövhələrdən ibarət "Qilqamış" dastanı tarixinin ilk böyük ədəbi əsəri sayılır. Bu ölümsüzlük axtarışı, lakin ölümün qaçılmazılığını və insanın taleyi qəbul etməsi haqqındadır
Homer
“İlliada” qəhrəmanlıq, insanın şöhrət uğrunda özünü itirməsi, insan eqosunun müharibəsi və dağıdıcılığı haqqındadır
“Odiseya” insanın dünyanı səyahəti, ruhunun saflaşması və evə qayıtmasıdır. Bu insan özünü itirmədən yaşamağı öyrənməsi haqqındadır.
Homerin bu əsərləri yazı ilə yaranmayıb, yüz illər şifahi yaşayaraq sonradan yazılı mətnə çevrildi və yazı ilə qorunub saxlanıdı.
Qilqamış, biliyin gil lövhələrə yazılmış “yaddaş funksiyasını”, Homer isə biliyin şifahi şəkildən yazılı şəkilə ötürülən “proses funksiyasını” ifadə edən intellekt formasıdır.
Qutenberq:
Qutenberq çap maşını ilə mətni statik hala gətirdi. Onun Sİ texnologiyası yolunda əsas rolu sadəcə bir çap avadanlığı ixtira etməsi deyil, bu çap sayəsində məlumatın əlçatanlaşması, standartlaşması və yayılaraq kütləviləşməsi prosesinin başlanğıcını qoymasındadır .Qutenberq Sİ-nin "qidalanacağı" üçün lazım olan “xammalı”, nəhəng mətn okeanı yaradan şəxsdir.
Lütfi Zadə :
1950-ci ildə Kolumbiya Universiteti jurnalında Lütfi Zadənin “Düşünən maşınlar” (Thinking mashines) adlı məqaləsi çıxır. Bu ifadə ilə o “kibernetika”, “ehtimal nəzəriyyəsi”, “qeyri-səlis məntiq nəzəriyyəsi”, “ informasiya nəzəriyyəsi” kimi bir sıra önəmli sahələri bir çətir altına toplayır. 1956 -cı ildə keçirilən konfransda ilk dəfə “Süni İntelekt” (Artifical İntelligence) ifadəsini Con Makkarti işlətməsinə baxmayaraq öz əsas tərifinə görə “Süni İntelekt” ifadəsinin mahiyyəti “düşünən maşınlar” deməkdir. O kainatın mütləq ağ-qaradan ibarət olmadığını bəyan edərək, Con Makkartin də əsaslandığı Aristotel məntiqinin "ya hə, ya yox" (0 və ya 1) prinsipini sındıraraq, həqiqətin sonsuz çalarlardan ibarət olduğunu sübut etdi. "Qeyri-səlis məntiq" nəzəriyyəsi elmin quru qanunlarını daha insani formaya saldı. Süni intellektə sadəcə hesablamağı deyil, düşünməyi, qərarverməni də öyrətdi.
Gil lövhələrindən Qutenberqədək insanın məlumatı yaddaşa köçürmə mərhələləridir. Qutenberqin statik hala gətirdiyi statik MƏTNLƏRİN Lütfi Zadə emal edərək dinamik MƏLUMATA çevirilməli olduğunu göstərdi. O intelekti donmuşluqdan-hətəkətliliyə, statik formadan dinamik formaya və buradan da nəhayət məlumatın öz müəllifindən kənarda generasiya ( yenisini istehsal edən, yeni nəticəyə gətirən ) edən formaya gətirilməsinin əsasını qoydu.
Süni intellekt məllifin düşüncəsini ondan müstəqil daşıyıcıya ötürmək və yenidən işə salmaq qabiliyyətidir.
Kitabda müəllifin ideyaları “statik mətn” formasında “yatır”. Oxucu kitabdakı yazılı mətni oxuduqca özü üçün yenidən şifahi məlumata çevirir, bu məlumatları o başqalarına ya şifahi şəkildə olduğu kimi yaxud onu başqa mənalar qataraq ötürür və ya yenidən başqa ideyalarla birlikdə yazılı mətnə çevirib saxlayır.. Yəni kitabın müəllifinin iştirakı olmadan onun kitabındakı ideyalar oxunaraq aktivləşdirilir və yeni ideyaların yaranmasında istifadə olunur.
Göründüyü kimi kitab özü də Süni İntelekt funksiyası yerinə yetirir.
Amma, kitab passiv süni İntellekt generatorudu. Çünki, kitab özü düşünmür, mətni statikdir, dəyişməzdir, sual vermir, müəllif aktiv deyil, amma müəllifin düşüncəsi işləyir.
Kitab özü düşünmür, amma, düşüncəni doğurur.
Oxucu olmadan kitab “işləmir, yalnız məlumat və mənanı saxlayır
Elektron Sİ isə məlumat haqqında düşünür, analiz edir, məna yaradır, strukturlaşdırır, müqayisə edir, nəticə çıxarır.
Kitab bizim ilk passiv süni intellektimiz, elektron Sİ isə kitabın aktivləşdirilmiş və dialoq quran formasıdır.
Süni İntelekt insan düşüncəni əvəz etmir o insan düşüncəsinin yazılı mətn kimi min illik keçmişi və min illik gələcək texnoloji davamıdır.
Lütfi Zadənin nəzəriyyəsi ilk vaxtlar Qərbdə tənqid olunsa da, Yaponiyada məişət texnikasından qatarlara qədər hər yerdə tətbiq edilərək texnoloji bum yaratdı.
İnsan düşüncəsinin ömrü onun öz ömründən uzun olduğu halda
sizcə süni intellekt dövründə insan zəkası öz əhəmiyyətini itirir, yoxsa daha da ölməzləşir?
(davamı var)
Ugurlu Sharifov
TEREF

