M.Ə.Rəsulzadənin xilaskarı, 29 yaşlı Dadaş Həsənovun (Həsənzadənin) öldürüldüyü gündür

30-01-2026, 11:04           
M.Ə.Rəsulzadənin xilaskarı, 29 yaşlı Dadaş Həsənovun (Həsənzadənin) öldürüldüyü gündür
Bu Bizik..?!
Bu gün sovet rejiminə qarşı Azərbaycan müqavimət hərəkatının başçılarından biri, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda mübarizə aparmış M.Ə.Rəsulzadənin xilaskarı, 29 yaşlı Dadaş Həsənovun (Həsənzadənin) öldürüldüyü gündür...
Dadaş Həsənovun (Həsənzadənin) özünün yazdığı tərcümeyi-halına [9, c. 1, s. 9] görə, o 15 fevral 1897-ci ildə Rusiya imperiyasının Yelizavetpol quberniyasının Şuşa şəhərində kasıb bir ailədə anadan olmuşdur. Buradan da görünür ki, onun 19 dekabrda anadan olması və qeyd olunması doğru deyil.!
Atası Əbdül Hüseyn şuşalı olub, bir müddət varlı əmisinin müəssisəsində fəhlə işləmiş, daha sonra isə Batum şəhərində
fənərçi kimi çalışmışdır. Anası Güllü Dadaş qızı isə əkinçi ailəsindən olub, indiki Laçın rayonunun Səfiyan kəndində
doğulmuşdur
Dadaş Həsənzadə Azərbaycan Cümhuriyyətinin hakim partiyası “Müsavat”ın sıralarına 1919-cu ildə daxil olmuşdur. Dadaş "Müsavat” partiyasının gizli müqavimət dövründə ən uğurlu əməliyyatlarından biri M. Ə. Rəsulzadənin Finlandiya sərhədindən Avropaya qaçırılması olmuşdur. Əməliyyatın icraçıları Dadaş Həsənov, Rəhim bəy Vəkilov və tanınmış tatar maarifçisi Musa Cərullah Bigiyev Azərbaycan gəncliyi üçün vətənə sevgi hisslərinin aşılanması və milli ruhda tərbiyə edilməsi üçün bir örnək kimi istifadə edilə bilər. Xüsusən də Dadaş Həsənov orta məktəb dərsliklərində, ali məktəblərin humanitar fənlər kurslarında daha geniş məlumatın verilməsi və öyrənilməsi məqsədəuyğun olardı. Müasir gənclik mütləq şəkildə bilməlidir ki, bugünkü azadlığa gedən yolda qazanılan müstəqillik asanlıqla əldə olunmayıb. Azərbaycan gənci bilməlidir ki, müstəqillik yolu üçün illər boyu
müxtəlif nəzəriyyələr yazılmış, mübarizələr aparılmış və çoxlu sayda qurbanlar verilmişdir.
Xüsusən də Azərbaycan ordusu və Hərbi dəniz donanmasının əsgər və matrosları üçün Dadaş Həsənzadə şəxsiyyəti, qəhrəmanlığı, mübarizəsi düşmənlərin qarşısında əyilməməzliyin və qəhrəmanlığın örnəyi kimi təqdim edilə bilər. Hərbi hissələrdə keçirilən vətənpərvərlik dərslərində Dadaş Həsənzadənin yad edilməsi şəxsi heyətlərin döyüş ruhunun möhkəmləndirilməsi işində böyük rol oynaya bilər.
Bundan başqa, Dadaş Həsənzadə ideyalı insanın timsalı, örnəyidir. O, yalnız millətin azadlığı üçün aparmış və bu
yolda heç bir maddi mənfəət güdməmişdir. Hətda əmək fəaliyyəti
nəticəsində əldə etdiyi maaddi gəliri arzusunda olduğu müstəqilliyin mübarizəsi yolunda xərcləyirdi. Sonda isə ideya uğrunda canını verdi...
Dadaş Həsənzadənin həyatı qəhrəmanlıq, yüksək əxlaq, təmənnasızlıq və səmimiyyət kimi əbədi dəyərlərin örnəyi, ölçüsüdür.
..11 mart 1926-cı ildə onun rəhbəri Dadaş Həsənov və onun ən yaxın silahdaşları həbs edilirlər. Bundan sonra müqavimət hərəkatının başqa nümayəndələri də təqib olunmuş, çoxlu sayda adam həbs edilmişdi. Onların hamısı mühakimə olunaraq Rusiyanın şimalında yerləşən əzab əziyyətləri, məşəqqətləri ilə məşhur olan Solovki həbs düşərgəsinə sürgün edilirlər.
Sovet xüsusi xidmət orqanlarının arxivlərində “Dadaş Həsənov və başqalarının işi” adlı qovluq var. Göstərdiyim qovluqdan olan bir çıxarılışda Dadaş Həsənzadənin Solovki həbs düşərgəsində 28 yanvar 1927-ci ildə güllələndiyi göstərilir..
Baba Allahnəzərov
TEREF















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]