Xalq pəhləvanı Sali Süleyman və Xalq artisti Məlik Dadaşov. Onları hansı tellər bağlayır?
12-04-2026, 00:01

Sali Süleyman güləş üzrə iki dəfə dünya çempionu, Azərbaycanın və Dağıstanın şöhrətli pəhləvanıdır.
Sali Süleyman (Məhəmməd (Mama) Maxtulayev və yaxud Mama Koçap) uzun, maraqlı, şərəfli bir ömür sürüb (1879-1972). Hələ uşaq ikən o, öz qeyri-adi fiziki güzü ilə diqqəti çəkmişdir. Dünyaca məşhur pəhləvan İvan Poddubnı 1897-ci ildə Temirxan Şuraya qastrol səfərinə gələrkən yeniyetmə Koçap onun diqqətini çəkib. Koçap-kumık dilində qoçaq, pəhləvan deməkdir.

Türkiyə soltanı, imperator 2-ci Əbdül-Həmidin sevimli pəhləvanı Maksudu məğlub edəndən sonra onu türklər fateh Sultan Süleyman Qanuninin şərəfinə Sali Sülüyman adlandırdılar. Bəs niyə Sali? “Sali” ərəb dilində “üçüncü” deməkdir. Bizdə hətta “sani”, yəni “ikinci olan Sülüyman da var-yazıçı-pedaqoq Süleyman Sani Axundov. O, böyük ustadı M.F.Axundzadədən sonra özünü “ikinci” adlandırırdı.
Sali Süleyman bütün həyatı boyu heç kəsə uduzmayıb, daim qalib olub. Yalnız öz müəllimi İvan Poddubnı ilə keçirilən görüşləri “heç-heçə” nəticələnmişdir.
Haşiyə. Bir dəfə ispan güləşçisi Alberto Qonsales ilə sirkdə güləş zamanı Sali Süleyman rəqibinin kürəyini yedə vurmuş, amma bu qələbə ona baha başa gəlmişdi. Belə ki, məğlubiyyəti həzm edə bilməyən ispan güləşçi sirkdəki qəfəsin qapısını açıb rəqibin üstünə qısqırtmışdı. Pələnglə əlbəyaxa olan Süleyman yırtıcını yalın əllə boğub öldürmüş, lakin ağır xəsarət alaraq xəstəxanaya aparılmışdır. O da məlumdur ki, həmin vaxt onun ziyarətinə Rusiyan iki məşhur siması- Maksim Qorki və Fedor Şalyapin gəlmişdi.
Sali Süleyman, Azərbaycanın Əməkdar artisti, Dağıstanın Xalq artisti fəxri adlarına layiq görülüb. O, güləş arenanasını 70 yaşında tərk edib.
Məşhur pəhləvan 1972-ci ildə 93 yaşında Bakıda vəfat edib.
Bəs xalq pəhləvanı Sali Süleyman və Xalq artisti Məlik Dadaşovu hansı tellər bağlayırdı?
Məsələ burasındadır ki, pəhləvanın qızını (səhv etmirəmsə xanımın adı Səltənətdir) məşhur aktyorun arvadı olub. Sonralar onlar ayrılıblar.
Фируз Мустафа
TEREF

