AZƏRBAYCAN_HARADIR? FOTO
17-04-2026, 10:34

Dəfələrlə Arranın Azərbaycanın bir hissəsi olduğunu və Azərbaycanın sərhədlərinin Dərbənddən Həmədana qədər uzandığını tarixi mənbələrlə isbat etmişik. Lakin bəzi nadanlar yenə də Arranın Azərbaycandan ayrı olmasını, Azərbaycan adının yalnız indiki Cənubi Azərbaycana aid olmasını iddia edirlər.
Ona görə də bu dəfə daha etibarlı mənbə ilə qarşınızdayıq. Belə ki, 1783 - 1787-ci illərdə Rusiyanın Gürcüstandakı diplomatı, kartoqrafçı alim, general-mayor Stepan Daniloviç Burnaşov özünün "Persiyadakı Azərbaycan əyalətlərinin təsviri və onların siyasi vəziyyəti" adlı məruzəsində Azərbaycanın sərhədlərini belə təsvir edir:

"Adrebijan (Azərbaycan) adıyla adlanan yerlərin indiki vəziyyətinə gəlincə - şimaldan Gürcüstanla, yəni Kartli-Kaxetiya çarlığıyla (hansı ki indiyə qədər onlar da Azərbaycan torpaqlarına aid edilirdi) Şərqdə Xəzər dənizi və Gilan, Cənubda Arak vilayəti (İraqi Əcəm), Qərbdə Türkiyə (Osmanlı dövləti) ilə həmsərhəddir".
Yuxarıdakı siyasi məruzədən göründüyü kimi, ərəb mənbələrinin qeyd etdiyi kimi, XVIII əsrdə Rusiya diplomatları da tarixi Azərbaycan ərazisinin Dərbənddən Həmədana qədər olduğunu bildiriblər. Arran coğrafiyası isə Azərbaycanın şimal hissəsi idi. Stepan Burnaşovun məruzəsindəki həmin məlumat statusun ikinci (sağdakı) fotosunda verilib.
Елбрус Вахидов

