Xainləri tanıyaq. - Reneqat Teymur Mahmud oğlu Əliyev

Bu gün, 07:04           
Xainləri tanıyaq. - Reneqat Teymur Mahmud oğlu Əliyev
Xainləri tanıyaq.!
Bu gün yenə də FB-da və Vikipediyada qara qura işlərlərlə məşğul olmağa başlamışdım. Bu dəfə qarşıma Cümhuriyyətə xəyanət etmişlərdən biri çıxdı...Hakimiyyətlər o vaxt davamlı olur ki, daxili düşmənlərin olmasın. Amma 1918-1920 və istərsə də 1992-1993-cü illərdə mövcud olmuş müstəqil Elçibəy hakimiyyəti dövründə baltası özümüzdə olan xainlərin cinayət "əməlləri" müqayisə olunmazdır. Bu günkü "qəhrəmanımız" isə bu gün öldürülən, əvvəl Rəsulzadə hakimiyyəti dövründə yüksək vəzifələrdə çalışmış, sonralar isə bolşeviklər tərəfə keçərək Azərbaycan SSR Ali İnqilab Tribunalının sədri vəzifəsində müsavatçılara və xalqa divan tutmuş Teymur Mahmud oğlu Əliyevdir.
Bir neçə kəlmə onun haqqında...Çünki dünənə qədər Bakının küçələrindən biri onun adını daşıyırdı. Bakıda Atatürk və Azadlıq prospektlərini birləşdirən və "Milyonerlər məhəlləsi" olaraq tanınan küçə onun adına olub. 2012-ci ildə küçənin adı dəyişdirilərək Xalq şairi Məmməd Arazın adı verilib. Onun ən qanlı əməllərindən biri də Qoçu Nəcəfqulu daxil olmaqla 15 müsavatçının güllələnməsi barədə hökm çıxarması olub.
Bu şəxs nəinki Azərbaycan hakimiyyətlərində, eləcə də Kazaxıstanda Qazaxıstan SSR Xalq Komissarları Sovetinin sədr müavini, Qazaxıstan MSSR Xalq Komissarları Sovetinin sədr müavini, Almatı Şəhər Sovetinin sədri vəzifələrini də icra etmişdir.
Teymur Mahmud oğlu Əliyev 1896-cı ildə Şuşada doğulmuşdur. Göyçay qəzasında müəllimdən edən Teymur Əliyev 1917-ci ildə Göyçay Sovetinin sədri olur. Cümhuriyyət yarananda isə Xalq Maarifi Nazirliyində katib işləyib.sən demə onun xainliyi də elə bu dövrdə başlayıbmış. Aprel işğalından sonra, Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Dövlət Plan Komitəsinin sədri, Azərbaycan SSR xalq maliyyə komissarı, Naxçıvan SSR Xalq Komissarları Sovetinin sədri, Azərbaycan SSR xalq xarici ticarət komissarı, Azərbaycan SSR Ali İnqilab Tribunalının sədri vəzifələrində çalışır...Teymur Əliyev 1932–1933-cü illərdə hətda SSRİ Mərkəzi İcraiyyə Komitəsi yanında Ümumittifaq Kommunal Təsərrüfat Şurası Rəyasət Heyətinin üzvü, Plan İdarəsinin rəisi də olmuşdur.
Nəhayət Teymur Əliyev 4 iyun 1937-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən 58-ci maddə üzrə Rostovda həbs edilir. O, Azərbaycanda antisovet, əks-inqilabi, burjua-millətçi təşkilatda iştirak etməkdə, təxribat və casusluqla məşğul olmaqda ittiham olunur. 42 yaşında 21 aprel 1938-ci ildə güllələnmişdir. Nəşi Moskva vilayətinin Kommunarka şəhərində dəfn olunub.
Baba Allahnəzərov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru