“Roşanak yatmış Keydi boğur”
Bu gün, 16:04

“Roşanak yatmış Keydi boğur”. Firdövsi,“Şahnamə. 1482. Şiraz. Ağqoyunlu dövləti.Türkmən üslubu. The Metropolitan Museum of Art.
Böyük İsgəndər Əhəməni hökmdarı III Daranı (Darius) məğlub etdikdən sonra, Daranın vəsiyyəti ilə onun qızı Roşanak ilə evlənir. Zaman keçdikdə, xəstələnib öləcəyini hiss edən İsgəndər xəzinəsini və zövcəsi Roşanakı özünün sadiq sərkərdəsi Keydə vəsiyyət edir. Keyd Roşanakla evlənir lakin ona aşkarcasına xəyanət edir. Bundan qəzəblənən Roşanak gecə ikən, yatmış Keydi boğub öldürüb ondan qisas alır.
Sözardı: Böyük İsgəndərin ölümündən sonra onun “küçüyünə” ərə getmiş xanım təbii ki belə nümayişkaranə xəyanəti bağışlaya bilməzdi. Atalar deyib: “Qızılın qədrini zərgər bilər, misin – misgər”..... Böyük İsgəndər misi qızıl ilə qarışdırmaq istədi – alınmadı ki, alınmadı.
Телман Ибрагимов
TEREF

